...

Ermənistanda baş verən iğtişaşlarla bağlı 10 nəfər həbs edilib

Dünya xəbərləri Materials 7 İyun 2022 22:48 (UTC +04:00)
Ermənistanda baş verən iğtişaşlarla bağlı 10 nəfər həbs edilib

Bakı. Trend:

Ermənistanın İstintaq Komitəsi Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahı yaxınlığında baş vermiş iğtişaşlarla bağlı cinayət işi çərçivəsində 15 nəfəri təqsirləndirilən şəxs qismində cəlb edib, onlardan 10-u həbs edilib.

Trend-in məlumatına görə, bu barədə Komitənin mətbuat xidməti bildirib.

"İğtişaşların təşkilatçılarının və digər iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. Cinayət işinin ibtidai istintaqı zamanı 15 nəfərin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarlar qəbul edilib. 10 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti