...

ABŞ Şimali Koreyanı yeni nüvə sınağı keçirəcəyi təqdirdə sərt cavab tədbirləri ilə hədələyib

Dünya xəbərləri Materials 9 İyun 2022 05:14 (UTC +04:00)

Bakı. Trend:

Koreya Xalq Demokrtaik Respublikası (KXDR) yeni nüvə sınağı keçirəcəyi təqdirdə Vaşinqton Pxenyana sərt cavab verəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan brifinq zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Şimali Koreyanın raket sınaqlarını izləməyə və cavab verməyə davam edir. Bu raket sınaqları ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə müttəfiqliyini yalnız gücləndirib.

"Biz KXDR-nin nüvə sınağı həyata keçirmə ehtimalını çox diqqətlə izləyirik, bu da bizim sərt cavabımıza səbəb olacaq", - deyə C.Sallivan bildirib.

ABŞ Prezidentinin köməkçisi əlavə edib ki, ABŞ Şimali Koreya ilə diplomatik əlaqə qrumağa açıqdıq, lakin hələ də dialoq çağırışlarına cavab almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti