...

Gürcüstanda hərbi xidmətin müddəti azaldılır

Dünya xəbərləri Materials 9 İyun 2022 17:58 (UTC +04:00)
Gürcüstanda hərbi xidmətin müddəti azaldılır
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda hərbi xidmətin müddəti 12 aydan 8 ayadək azaldılacaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze parlamentdə çıxışı zamaı deyib.

O bildirib ki, hərbi xidmətə yalnız Müdafiə Nazirliyinin strukturlarına çağırış olacaq.

"Çağırışçıların milli hərbi xidməti formalaşdırılacaq. Xidməti müddəti səkkiz ay təşkil edəcək. Xidmət yalnız Müdafiə Nazirliyinin sistemində həyata keçiriləcək", - deyə nazir bildirib.

Qeyd edək ki, Gürcüstanda hazırda hərbi xidmət Müdafiə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti