...

Rusiya Ümumdünya Turizm Təşkilatından çıxır

Dünya xəbərləri Materials 10 İyun 2022 23:55 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Baş naziri Mixail Mişustin ölkənin Ümumdünya Turizm Təşkilatından çıxması haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamın mətni rəsmi hüquqi informasiya portalında yerləşdirilib.

Sənədə əsasən, Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında" Federal Qanunun 36-cı maddəsinə uyğun olaraq, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyasının Dünya Turizmindən çıxması barədə federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təklifi qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti