...

Əfqanıstanın paytaxtında mikroavtobusun partladılması nəticəsində azı 4 nəfər həlak olub

Dünya xəbərləri Materials 11 İyun 2022 23:47 (UTC +04:00)
Əfqanıstanın paytaxtında mikroavtobusun partladılması nəticəsində azı 4 nəfər həlak olub

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə şənbə günü mikroavtobusun partladılması nəticəsində azı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Partlayış Kabilin şərqində baş verib. Hadisə yerinə dərhaı müvafiq qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Hazırda hər hansı bir təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti