Bakı. Trend:
Fransada quraqlıq, isti və güclü küləklər meşə yanğınlarına səbəb olub.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, yanğınla mübarizəyə yüzlərlə yanğınsöndürən cəlb olunub.
İspaniya ilə həmsərhəd Narbonne əyalətində onlarla təcili yardım maşını, yanğınsöndürmə təyyarələri və helikopterləri yanğınla mübarizə aparıb. Alov təxminən 120 hektar meşə ərazisini bürüyüb.
Xöşbəxtlikdən, insanlar və tikililərə zərər dəyməyib, lakin 100 hektar meşə sahəsi məhv olub.