...

İranda Krım-Konqo qızdırmasından 2 nəfər ölüb

Dünya xəbərləri Materials 18 İyun 2022 17:30 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

21 martdan indiyədək İranda 22 nəfərdə Krım-Konqo qızdırması qeydə alınıb. Virus 2 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin rəsmisi Behzad Əmiri deyib.

B.Əmiri əlavə edib ki, virus heyvan kəsilən zaman insana yoluxa və sonradan insandan-insana keçə bilər.

Bu səbəbdən ölkədə həyətlərdə və ictimai məkanlarda heyvan kəsimi qadağan edilib. Heyvanlar sadəcə sallaqxanalarda xüsusi nəzarət altında kəsilməli və ət ən azı 1 sutka soyuducuda mənfi 4 dərəcədə saxlanılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti