...

Rusiyanın xarici işlər naziri bu gün İrana səfər edəcək

Dünya xəbərləri Materials 22 İyun 2022 03:49 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 22-də İrana səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov özünün "Twitter" səhifəsində yazıb.

"Sabah S.Lavrov İrana səfər edəcək", - deyə M.Ulyanov bildirib.

Daimi nümayəndə səfərin təfərrüatları barədə məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti