...

Xorvatiyada "omikron"un yeni variantları aşkarlanıb

Dünya xəbərləri Materials 25 İyun 2022 01:01 (UTC +04:00)
Xorvatiyada "omikron"un yeni variantları aşkarlanıb

Bakı. Trend:

Xorvatiyada koronavirusun "omikron" ştammının BA.4 və BA.5 variantları aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Xorvatiyanın İctimai Sağlamlıq İnstitutundan bildiriblər.

"Xorvatiyada bütün epidemioloji tədbirlərin ləğv edildiyi bir vəziyyətdə, koronavirus daha asan yayılır və yeni BA.4 və BA.5 variantları peyvənd və ya keçirilmiş xəstəlik nəticəsində əldə edilmiş immuniteti rahat aşır", - deyə İnstitutdan bildirilib.

Koronavirusa yeni yoluxma hallarının sayının artması tendensiyası ilə əlaqədar olaraq, Xorvatiya İctimai Səhiyyə İnstitutu əhalinin diqqətini yenidən peyvənd olunmanın zəruriliyinə yönəldib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti