Bakı. Trend:
Yaponiyada nadir gilas növünün 15 ədədi hərracda 4,4 min dollara satılıb.
Trend-in məlumatına görə, Aomori prefekturasında keçirilən hərracda gilasın bir ədədinin qiyməti 290 dolları ötüb.
Hərracda satışa ümumilikdə 50 qutu çıxarılıb. Hər qutuda 15 ədəd gilas olub.
Qeyd edək ki, "Juno Heart" növlü gilas bahalı hədiyyə qismində məxsusi olaraq istehsal edilib. Bir giləmeyvənin diametri 2,8 santimetri keçməməli, ideal rəng və formada olmalıdır.