...

Gürcüstan buğda və arpa ixracını bir il müddətinə qadağan edir

Dünya xəbərləri Materials 28 İyun 2022 14:42 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan hökuməti iyulun 4-dən etibarən yerli istehsal buğda və arpa ixracına qadağa tətbiq edəcək.

Trend-in məlumatına görə, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, qərar Gürcüstanda taxıl qıtlığının qarşısının alınması məqsədilə verilir.

Qərarda bildirilir ki, regionda yaranmış mövcud vəziyyətə nəzərə alınaraq 2022-ci il iyulun 4-dən 2023-cü il iyulun 4-dək yerli istehsal buğda və arpa yalnız daxili bazarda reallaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti