...

ABŞ-da qripə qarşı universal peyvəndin klinik sınaqlarına başlanılıb

Dünya xəbərləri Materials 29 İyun 2022 03:18 (UTC +04:00)

Bakı. Trend:

ABŞ mütəxəssisləri qripə qarşı peyvəndinin birinci mərhələsinin klinik sınaqlarına başlayıblar.

Trend-in məlumatına görə, bu barədə Səhiyyə və Sosial Xidmətləri Departamentinin yanında Milli Sağlamlıq İnstitutunun saytında bildirilib.

Məlumata əsasən, mütəxəssislər peyvəndin bir sıra ştammlara qarşı effektiv olacağına ümid edirlər.

18-55 yaş arası sağlam könüllülər Vaşinqtonun Betesd (Meriland ştatı) şəhərətrafı qəsəbəsində bu dərmanla peyvənd olunmağa başlayiblar. Bu mərhələdə yeddi ay davam edəcək sınaqlarda 100-ə qədər insanın iştirakı gözlənilir. Mütəxəssislər mütəmadi olaraq könüllülərin immun sisteminin necə reaksiya verdiyini yoxlayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti