...

İsrailin baş naziri qarşıdakı parlament seçkilərində iştirak etməyəcək

Dünya xəbərləri Materials 30 İyun 2022 04:05 (UTC +04:00)
İsrailin baş naziri qarşıdakı parlament seçkilərində iştirak etməyəcək

Bakı. Trend:

İsrailin baş naziri Naftali Bennet qarşıdakı növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Trend xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Məlumata əsasən, N.Bennett artıq "Yamina" partiyasının üzvlərini qarşıdan gələn seçkilərdə iştirak etməyəcəyi barədə xəbərdar edib.

Qeyd edək ki, bu gün İsrail parlamentinin buraxılması haqqında qanun layihəsi yekun oxunuşda qəbul edilməlidir. Qanun layihəsi qəbul edildikdən sonra növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarix bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti