Bakı. Trend:
Oktyabrın 6-7-də Çexiyanın Praqa şəhərində Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Avropa Şurasının sədri Şarl Mişel Çexiyanın baş naziri Petr Fialo ilə birgə mətbuat konfransında deyib.
"Oktyabrın 6-7-də Praqada Aİ ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək", -deyə Ş.Mişel bildirib. Onun sözlərinə görə, burada birlik ölkələri və onun tərkibinə daxil olmayan dövlətlər arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. Ukraynadakı vəziyyətə diqqət yetiriləcək.
P.Fiala da öz növbəsində qeyd edib: "Biz böyük çağırışlarla üzləşirik. Bunlar təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində çağırışlardır. Biz, Aİ ölkələri bir-birimizlə əməkdaşlıq etməliyik. Aİ və NATO əməkdaşlıq etməlidir".