...

İtaliyanın Verona şəhərində içməli suyun istifadəsinə məhdudiyyətlər qoyub

Dünya xəbərləri Materials 2 İyul 2022 21:58 (UTC +04:00)
İtaliyanın Verona şəhərində içməli suyun istifadəsinə məhdudiyyətlər qoyub

Bakı. Trend:

İtaliyanın Verona şəhərinin hakimiyyət orqanları quraqlıq səbəbindən içməli suyun istifadəsinə məhdudiyyətlər qoyub.

Trend-in məlumatına görə, bu barədə müvafiq qərarı şəhərin meri Damiano Tommasi imzalayıb.

Avqustun 31-dək vətəndaşlara içməli sudan bostanlar, meyvə bağlarının və idman meydançalarının suvarılması, avtomobillərin yuyulması və hovuzların doldurulması üçün istifadə edilməsi qadağan ediləcək.

Qanunu pozanlar üçün cərimələr təxminən 500 avro olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti