Kolumbiyada avtobus dərəyə aşıb, ölənlər var

Dünya xəbərləri Xəbər 9 İyul 2022 07:25 (UTC +04:00)

Bakı. Trend:

Kolumbiyanın Boyaka departamentində sərnişin avtobusu dərəyə aşıb.

Trend "El Tiempo" qəzetinə istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər həlak olub, 27 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Bildirilri ki, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti