Bakı. Trend:
ABŞ-ın sabiq prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp 74 yaşında vəfat edib.
Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya kanalı xəbər verib.
"İvana Tramp Nyu Yorkdakı evində dünyasını dəyişib. O, gözəl və ruhlandırıcı bir həyat yaşayan gözəl, gözəl və inanılmaz bir qadın idi", - deyə D.Tramp öz "Truth Social" sosial şəbəkəsində yazıb.
İvana və Donald Tramp 1977-1992-ci illərdə evli olublar. Cütlüyün birlikdə üç övladı var: Kiçik Donald, İvanka və Erik Tramp.