...

Rusiyada helikopter qəzaya uğrayıb, ölənlər var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 17 İyul 2022 10:28 (UTC +04:00)
Rusiyada helikopter qəzaya uğrayıb, ölənlər var (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Rusiyanın Kamçatka diyarında radarlardan itən "Robinson" helikopterinin qalıqları aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə "TASS"a mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, helikopter qəzaya uğrayıb və nəticədə helikopterin göyərtəsində olan 3 nəfər həlak olub.

XXX

06:47

Rusiya Fövqəladə Hallar Nazirliyinin "Mİ-8" helikopteri radalardan itən "Robinson" helikopterinin axtarışı üçün havaya qalxıb.

Trend-in məlumatına görə, bu barədə nazirliyin rəgional rəhbəri deyib.

İlkin məlumatlara görə, radarlardan itən helikopterin göyərtəsində üç nəfər olub. Əməliyyat məlumatlarına görə, "Robinson" hava gəmisi "Uzon" vulkanının kalderası - Milkovo kəndi marşrutu ilə hərəkət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti