...

ABŞ Ukraynaya əlavə hərbi yardım göndərəcək

Dünya xəbərləri Materials 20 İyul 2022 03:24 (UTC +04:00)
ABŞ Ukraynaya əlavə hərbi yardım göndərəcək

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya əlavə "HIMARS" raket artilleriya sistemləri və onlar üçün sursat verməyə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

O, ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımını davam etdirəcəyini vurğulayıb:

"Bu həftənin sonunda administrasiya Ukrayna üçün növbəti silah və texnika paketini elan edəcək. Bu, prezident vəzifəyə başlayandan bəri Ukraynaya dəstək üçün on altıncı belə yardım olacaq. Paketə ukraynalıların çox səmərəli istifadə etdiyi daha yüksək mobil müasir HIMARS raket sistemləri daxil olacaq", - deyə C.Kirbi vurğulayıb.

O, həmçinin bildirib ki, yeni yardım paketi Ukraynaya reaktiv buraxılış raket sistemləri üçün mərmi və sursatların verilməsini nəzərdə tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti