...

Türkiyədən Gürcüstan bazarlarına sement və şüşə ixracı 40 faizdən çox artıb

Dünya xəbərləri Materials 21 İyul 2022 09:46 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Gürcüstana sement və şüşə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 41,8 faiz artıraraq 31,1 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyun ayında Türkiyə Gürcüstana sement və şüşə ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 17,8 faiz artıraraq 6,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz artaraq 2,8 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 524 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 23 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 5,2 milyard dollar məbləğində sement və şüşə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti