...

İtaliya prezidenti parlamenti buraxıb

Dünya xəbərləri Materials 21 İyul 2022 20:23 (UTC +04:00)
İtaliya prezidenti parlamenti buraxıb

Bakı. Trend:

İtaliya Prezidenti Sercio Mattarella parlamentin yuxarı palatası Senatı və aşağı palata olan Nümayəndələr Palatasını buraxıb.

Trend xəbər verir ki, İtaliyada ötən həftə başlayan hökumət böhranı dərinləşməkdə davam edir. Belə ki, Prezident Sercio Mattarella Baş nazir Mario Draqinin istefa ərizəsini qəbul edib.

Bildirilir ki, 2023-cü ilin ilk aylarında planlaşdırılan seçkilərin bu il sentyabrın 25-də keçirilməsi gözlənilir. Həmin müddətə qədər isə müvəqqəti hökumətin qurulması gündəmdədir.

Qeyd edək ki, M.Draqi istefa vermək qərarını iyulun 20-də İtaliya Senatında hökumətlə bağlı keçirilən etimad səsverməsində koalisiya tərəfdaşları olan “5 Ulduz Hərəkatı”, “İrəli İtaliya” və “Lega” partiyalarının üzvlərinin iştirak etməməsindən sonra qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti