Bakı. Trend:
Hindistanda keçirilən prezident seçkilərində hakim Milli Demokratik Alyansın namizədi Draupadi Murmu qalib gəlib.
Trend-in məlumatına görə, bu barədə "Indian Express" qəzeti xəbər verib.
Bildirilib ki, D.Murmu səslərin 64%-dən çoxunu (676,803) toplayaraq rəqibi Yaşvant Sinh (380,177 səs) üzərində qalib gəlib.
O, Hindistan prezidenti vəzifəsinə keçən ikinci qadın oldu. 2015-ci ildə D.Murmu beş il müddətinə Jharkhand ştatı qubernatoru seçilib.