...

Türkiyə Ukraynanın limanlarını minalardan təmizləməyə hazırdır - İbrahim Kalın

Dünya xəbərləri Materials 23 İyul 2022 00:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Ukraynadan Qara dəniz vasitəsilə taxıl ixracına dair saziş çərçivəsində Ukrayna limanlarının minalardan təmizlənməsində Kiyevə kömək edə bilər.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

"Zəruri hallarda minalardan təmizləmə üçüncü ölkə tərəfindən həyata keçirilə bilər. Türkiyə yardım təklif etməyə hazırdır", - deyə İ.Kalın bildirib.

Xatırladaq ki, ötən gün İstanbulda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti