...

Həkim Baydenin vəziyyətinin yaxşılaşdığını bildirib

Dünya xəbərləri Materials 23 İyul 2022 03:21 (UTC +04:00)

Bakı. Trend:

Koronavirusa yoluxan ABŞ prezidenti Co Baydenin vəziyyəti yaxşılaşıb.

Trend xəbər verir ki, bunu ABŞ liderinin həkimi Kevin O'Konnor deyib.

Onun sözlərinə görə, C.Bayden "Paxlovid" dərmanı qəbul etməyə başlayıb. "Onun simptomları vəziyyətinin yaxşılaşdığını göstərir", - deyə həkim bildirib.

Həkim qeyd edib ki, cümə axşamı axşam saatlarında Ağ Ev rəhbərinin temperaturu təxminən 37,4 dərəcə idi. Dərman qəbul etdikdən sonra "temperatur normal olaraq qaldı".

"Onun nəbzi, təzyiqi, tənəffüs ritmi və saturasiyası normaldır", - deyə K.O'Konnor bildirib.

Xatırladaq ki, Co Bayden iyulun 21-i koronavirusa yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti