...

Türkiyə ordusu Suriyanın şimalında 5 terrorçunu zərəsizləşdirib

Dünya xəbərləri Materials 24 İyul 2022 21:01 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 5 YPG terrorçusunu (PKK terror qruplaşmasının Suriya qolu - red.) zərəsizləşdirib.

Tred xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, terrorçular "Sülh çemşəsi" əməliyyatı zonasına hücum etmək istəyərkən zərərsizləşdiriliblər.

Terrorçulara qarşı əməliyyat artilleriyanın dəstəyi ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti