...

Nyu-York qubernatoru meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Dünya xəbərləri Materials 30 İyul 2022 07:56 (UTC +04:00)
Nyu-York qubernatoru meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bakı. Trend:

Nyu-Yorkun qubernatoru Keti Hokul meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edib.

Trend xəbər verir ki, bu barədə ştat administrasiyasının saytında bildirilir.

"Nyu-York ştatında meymunçiçəyi epidemiyası ilə bağlı ən son məlumatları nəzərdən keçirdikdən sonra bu epidemiyanın qarşısını almaq üçün səylərimizi gücləndirmək üçün fövqəladə vəziyyət elan edirəm", - deyə qubernatorun açıqlamasında deyilir.

K.Hokul qeyd edib ki, ABŞ-da hər 4 meymunçiçəyinə yolxuma halından 1-i Nyu-York ştatının payına düşür.

Qeyd edək ki, ABŞ-da meymunçiçəyi xəstəliyinə 5 minə yaxın yoluxma qeydə alınıb. Ən çox yoluxma halları Nyu-York (1 345), Kaliforniya (799) və İlinoys (396) ştatlarında aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti