...

Kamçatka sahillərində iki saat ərzində beş zəlzələ baş verib

Dünya xəbərləri Materials 31 İyul 2022 05:41 (UTC +04:00)
Kamçatka sahillərində iki saat ərzində beş zəlzələ baş verib

Bakı. Trend:

Seysmoloqlar bazar günü səhər beş zəlzələ qeydə alıblar, yeraltı təkanların episentrləri Sakit okeanda, Kamçatkanın şərq sahillərində yerləşib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialında deyiblər.

"Zəlzələlərin ən güclüsü bazar günü yerli vaxtla saat 10:13-də qeydə alınıb. Onun maqnitudası 4,4 olub. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 255 km cənub-şərqdə yerləşib", - deyə Rusiya Elmlər Akademiyasının nümayəndəsi bildirib.

O qeyd edib ki, bundan əvvəl iki saat ərzində təxminən eyni ərazidə - 3,9-4,0 bal gücündə daha dörd zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti