...

Dövlət Departamenti Səudiyyə Ərəbistanına $3 milyard dəyərində "Patriot" raketlərinin mümkün satışını təsdiqləyib

Dünya xəbərləri Materials 3 Avqust 2022 06:12 (UTC +04:00)
Dövlət Departamenti Səudiyyə Ərəbistanına $3 milyard dəyərində "Patriot" raketlərinin mümkün satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 3,05 milyard dollar dəyərində "Patriot" raketləri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.

Trende xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyindən bildiriblər.

"Təklif olunan sövdələşmə Fars körfəzində siyasi sabitlik və iqtisadi tərəqqi üçün mühüm qüvvə olan tərəfdaş ölkənin təhlükəsizliyini artırmaqla ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə töhfə verəcək", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, Ər-Riyad ümumilikdə 300 ədəd "Patriot MIM-104E" (GEM-T) raketi istəyib.

Dövlət Departamenti həmçinin BƏƏ-yə dəyəri 2 milyard dollardan çox olan THAAD raketlərinin, THAAD atəşə nəzarət və rabitə stansiyalarının və müvafiq avadanlıqların mümkün satışını təsdiqləmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti