...

ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verib

Dünya xəbərləri Materials 4 Avqust 2022 03:16 (UTC +04:00)

Bakı. Trend:

Avqustun 3-də ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya daxil olma protokollarının təsdiq edilməsi haqqında qətnamə qəbul edib, səsvermə hələ də davam edir. Lakin sənəd təsdiqlənməsi üçün artıq kifayət qədər səs toplayıb.

Trend-in məlumatına görə, bu barədə "C-SPA" telekanalı xəbər verib.

Amerika qanunvericiliyinin xüsusiyyətlərinə uyğun olaraq, ratifikasiya proseduru birbaşa ölkə prezidenti tərəfindən həyata keçirilir, Senat buna razılıq verir.

Bundan sonra ABŞ prezidenti Co Bayden Stokholm və Helsinkinin NATO-ya daxil olması ilə bağlı müvafiq sənədləri imzalayıb alyansa göndərməli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti