...

Rusiyada son sutkada 18 mindən çox şəxs koronavirusa yoluxub

Dünya xəbərləri Materials 5 Avqust 2022 12:11 (UTC +04:00)
Rusiyada son sutkada 18 mindən çox şəxs koronavirusa yoluxub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada son sutka ərzində 18 555 nəfər koronavirusa yoluxub. Bu, aprelin 1-dən bu yana qeydə alınan ən yüksək göstərici olub.

Trend-in məlumatına görə, ötən gün 17 126 yoluxma qeydə alınmışdı.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 18,67 milyon nəfəri keçib.

Eyni zamanda son sutkada 47 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu göstərici 44 nəfərə bərabər idi.

Rusiyada bu günədək koronavirusdan 382 651 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti