...

ABŞ Ukrayna üçün 1 milyard dollarlıq hərbi yardım paketi hazırlayır

Dünya xəbərləri Materials 6 Avqust 2022 08:26 (UTC +04:00)
ABŞ Ukrayna üçün 1 milyard dollarlıq hərbi yardım paketi hazırlayır

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden administrasiyasının Ukraynaya növbəti hərbi yardım paketi 1 milyard dollar təşkil edəcək.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Məlumata əsasən, paket bazar ertəsi elan ediləcək. Adının açıqlanmasını istəməyən rəsmilər bildiriblər ki, prezident Co Bayden növbəti hərbi yardım paketini hələ imzalamayıb. Onlar xəbərdarlıq ediblər ki, yardım paketinin imzalanmadan əvvəl dəyəri və məzmunu dəyişə bilər.

Bununla belə, əgər paket hazırkı formada imzalansa, 1 milyard dollar dəyərində qiymətləndiriləcək və HIMARS və NASAMS üçün döyüş sursatları və 50-yə qədər M113 zirehli tibbi avtomobili əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti