...

Türkiyədə meşə yanğınları davam edir

Dünya xəbərləri Materials 8 Avqust 2022 08:49 (UTC +04:00)
Türkiyədə meşə yanğınları davam edir

Bakı. Trend:

Türkiyənin qərbində Çanaqqala vilayətinin Çan rayonunda yanğınsöndürənlər meşə yanğının yayılmasını lokallaşdıra biliblər.

Trend xəbər verir ki, Çakılköy kəndi yaxınlığında baş verən yanğının səbəbi hələlik məlum deyil.

Yanğının söndürülməsinə 6 vertolyot, 4 təyyarə, 13 yanğınsöndürən maşın, 3 buldozer cəlb olunub.

Yanğın 10 hektar meşə sahəsinə ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti