...

ABŞ NATO-nun şərq cinahını gücləndirmək üçün Bolqarıstana əsgər göndərəcək

Dünya xəbərləri Materials 15 Avqust 2022 07:57 (UTC +04:00)
ABŞ NATO-nun şərq cinahını gücləndirmək üçün Bolqarıstana əsgər göndərəcək

Bakı. Trend:

ABŞ NATO-nun şərq cinahının gücləndirməsi əməliyyatı çərçivəsində Bolqarıstana 101-ci Hava Desant Diviziyasının əsgərlərini göndərir.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı missiyasının "Twitter" hesabında məlumat verilib.

Hesabatda ABŞ-ın 101-ci Hava Desant Diviziyasının 2400 əsgərindən neçəsinin Bolqarıstanda qalacağı dəqiqləşdirilməyib.

Qeyd olunur ki, 101-ci Hava Desant Diviziyası “Qışqıran Qartallar” kimi tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti