...

Kanadanın Ottava şəhərinin mərkəzində atışma olub

Dünya xəbərləri Materials 27 Avqust 2022 00:43 (UTC +04:00)
Kanadanın Ottava şəhərinin mərkəzində atışma olub

Bakı. Trend:

Kanadanın Ottava şəhərinin mərkəzində baş verən atışmada ən azı 5 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "CTV" telekanalı şəhər polisindəki mənbəyə istinadən bildirib.

Məlumata əsasən, hadisə parlament binası kompleksinin yaxınlığında yerləşən bazar ərazisindəki bar və restoranların bağlanmasından sonra baş verib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları güllə yarası almış 3 nəfəri aşkar edib, onlar xəstəxanaya yerləşdiriliblər. Daha sonra daha iki nəfər xəstəxanaya müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti