...

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" ardıcıl üçüncü qələbəsini qazanıb

Dünya xəbərləri Materials 2 Sentyabr 2022 02:12 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" ardıcıl üçüncü qələbəsini qazanıb

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasının beşinci turunun son matçı keçirilib.

Trend xəbər verir ki, "Lester" klubu öz meydanında "Mançester Yunayted"i qəbul edib.

Oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1. Oyundakı yeganə qolu 23-cü dəqiqədə Ceydon Sanço vurub.

Qeyd edək ki, 5 turdan sonra "Mançester Yunayted" 9 xalla 5-ci yerdə, "Lester" isə 1 xalla 20-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti