...

İŞİD Rusiyanın Kabildəki səfirliyi yaxınlığındaki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

Dünya xəbərləri Materials 6 Sentyabr 2022 00:26 (UTC +04:00)
İŞİD Rusiyanın Kabildəki səfirliyi yaxınlığındaki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

Bakı. Trend:

Rusiyanın Kabildəki səfirliyi yaxınlığında baş verən partlayışa görə məsuliyyəti İŞİD silahlıları öz üzərinə götürüb.

Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri xəbər verib.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, sentyabrın 5-də Kabil vaxtı ilə saat 10:50-də Rusiyanın Kabildəki səfirliyinin konsulluq şöbəsinin girişinin bilavasitə yaxınlığında naməlum silahlı partlayıcı qurğunu işə salıb. Diplomatik missiyanın iki əməkdaşı həlak olub.

Kabil polisinin mətbuat mərkəzinin rəhbəri Xalid Zadran deyib ki, Rusiyanın Kabildəki səfirliyi yaxınlığında törədilən terror aktı nəticəsində dördü "Taliban" üzvü və iki səfirliyin əməkdaşı olmaqla altı nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti