...

Türkiyədə meşə yanğını baş verib

Dünya xəbərləri Materials 12 Sentyabr 2022 04:22 (UTC +04:00)
Türkiyədə meşə yanğını baş verib

Bakı. Trend:

Türkiyənin Elazığ vilayətində məşə yanğını baş verib.

Trend-in məlumatına görə, yanğın ötən gün axşam saatlarında Sivrice rayonunun Ügrük kəndində qeydə alınıb.

Hadisə yerinə Meşə Təsərrüfatı Regional İdarəsinin əməkdaşları göndərilib. Yanğına müdaxilə etmək üçün işlər davam edir.

Yanğın nəticəsində hazırda 500 hektar əraziyə və bir evə ziyan dəydiyi məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti