...

ABŞ Silahlı Qüvvələri Şimali Koreyanın raket buraxmasını şərh edib

Dünya xəbərləri Materials 25 Sentyabr 2022 07:07 (UTC +04:00)
ABŞ Silahlı Qüvvələri Şimali Koreyanın raket buraxmasını şərh edib

Bakı. Trend:

Şimali Koreyanın buraxdığı ballistik raket ABŞ və onun regiondakı müttəfiqləri üçün birbaşa təhlükə yaratmayıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okeanı Komandanlığının "Twitter" paylaşımında deyilir.

"Bizim qiymətləndirməmizə görə, bu raket buraxılışı hərbi personal, ABŞ ərazisi və müttəfiqlərimiz üçün təhlükə yaratmır", - deyə paylaşımda bildirilir.

Eyni zamanda qeyd edilir ki, Şimali Koreyanın bu cür hərəkətləri "regionda vəziyyəti qeyri-sabitləşdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti