...

Qırğızıstan və Tacikistan sərhəddəki vəziyyətin nizamlanmasına dair protokol imzalayıb

Dünya xəbərləri Materials 25 Sentyabr 2022 16:05 (UTC +04:00)
Qırğızıstan və Tacikistan sərhəddəki vəziyyətin nizamlanmasına dair protokol imzalayıb

Bakı. Trend:

Qırğızıstan-Tacikistan sərhədində son vəziyyətin nizamlanmasına dair protokol imzalanıb.

Trend-in məlumatına görə, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev deyib.

Məlumdur ki, sənədi Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.

"Sənədin əsas məqsədi sərhəddəki son münaqişənin həlli, onun nəticələrinin aradan qaldırılması və yeni münaqişələrin qarşısının alınmasıdır. Protokol əsasında yerli özünüidarəetmə və hüquq-mühafizə orqanlarına müvafiq tapşırıqlar verilib və onların icrasına şəxsən nəzarət edəcəyik", - deyə K.Taşiyev bildirib.

Tərəflərin görüşü bu gün "Qızıl-Bel" keçid məntəqəsində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti