...

Tokioda Türkiyə və Yaponiya XİN rəhbərlərinin görüşü olub

Dünya xəbərləri Materials 27 Sentyabr 2022 03:15 (UTC +04:00)
Tokioda Türkiyə və Yaponiya XİN rəhbərlərinin görüşü olub

Bakı. Trend:

Tokioda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Yaponiyanın xarici işlər naziri Hayasi Yosumasa arasında görüş baş tutub.

Trend xəbər verir ki, diplomatiya rəhbərləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən ticarət və müdafiə məsələlərini müzakirə ediblər.

M.Çavuşoğlu keçmiş baş nazir Şinzo Abenin vəfatı ilə bağlı yaponiyalı həmkarına başsağlığı verib, onun iki ölkə arasında əlaqələrin dərinləşməsinə töhfəsini qeyd edib.

Nazirlər həmçinin regional məsələləri, o cümlədən Ukraynadan kənd təsərrüfatı məhsullarının tədarükü mövzusunu müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti