...

Türkiyədə 5 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 28 Sentyabr 2022 01:53 (UTC +04:00)
Türkiyədə 5 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Türkiyənin Ərdahan vilayətində 5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 17:08-də baş verib. Yeraltı təkanların episentri Ərdahan vilayətinin Göle rayonunda olub. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib. Zəlzələdən sonra 50 afterşok qeydə alınıb ki, onlardan ən güclüsü 4,2 bal gücündə olub.

Bildirilib ki, zəlzələ nəticəsində iki evin divarları uçub, 3 nəfər xəsarət alıb. Zəlzələ Ərzurum və Qarsda da hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti