...

Əfqanıstanda tədris mərkəzində partlayış nəticəsində 30-dan çox şəxs ölüb

Dünya xəbərləri Materials 30 Sentyabr 2022 10:55 (UTC +04:00)
Əfqanıstanda tədris mərkəzində partlayış nəticəsində 30-dan çox şəxs ölüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə tədris mərkəzində törədilmiş partlayış nəticəsində 32 nəfər həlak olub.

Trend-in məlumatına görə, azı 40 nəfərin yaralandığı bildirilib.

Hadisə yerinə çoxlu sayda təhlükəsizlik qüvvəsi cəlb olunub.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən hələlik yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti