Bakı. Trend:
ABŞ Pxenyanın raket sınaqlarına baxmayaraq, ilkin şərt olmadan KXDR ilə dialoqa hazırdır.
Trend xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer mütəmadi brifinq zamanı deyib.
KXDR-nin son raket sınaqlarını şərh edən K.Jan-Pyer bildirib: "Bu məsələdə - diplomatiya və dialoqla bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu raket sınaqları dialoq və diplomatiyaya təcili ehtiyac olduğunu vurğulayır. Biz bunu başa düşürük və buna çağırırıq. Bizim məqsədimiz Koreya yarımadasının tam nüvəsizləşdirilməsidir. Biz bu istiqamətdə nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün ciddi və ardıcıl diplomatik işlə məşğul olmağa hazırıq. Biz ilkin şərt olmadan KXDR ilə dialoqa hazırıq".
Onun sözlərinə görə, Şimali Koreya ABŞ-ın sorğularına hələ cavab verməyib.