...

"Apple" yeni məhsulların təqdimat tarixini elan edib

Dünya xəbərləri Materials 12 Oktyabr 2022 16:14 (UTC +04:00)
"Apple" yeni məhsulların təqdimat tarixini elan edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın "Apple" şirkəti oktyabrın 24-də yeni "iPad" planşeti və "Mac" kompüterini təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazır.

Qeyd olunur ki, həmin gün "iPad 10" və "iPad Pro" planşetlərinin təqdimatı olacaq. Bundan başqa, "Mac mini" və "MacBook Pro" istifadəçilərə təqdim olunacaq.

Həmçinin, oktyabrın 24-də "iPadOS 16.1" yenilənmiş əməliyyat sisteminin təqdimatı nəzərdə tutulur.

Xatırladaq ki, "Apple" sentyabrın əvvəlində şirkət tarixində ən bahalı smartfon hesab olunan "iPhone 14" telefonlarını təqdim etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti