...

Türkiyədə mədəndə baş verən partlayışda ölənlərin sayı 41-ə çatıb

Dünya xəbərləri Materials 15 Oktyabr 2022 18:13 (UTC +04:00)
Türkiyədə mədəndə baş verən partlayışda ölənlərin sayı 41-ə çatıb

Bakı. Trend:

Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu bu gün ölkənin daxili işlər naziri Süleyman Soylu Bartında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, partlayış zamanı mədəndə olan 110 nəfərdən 58-i xilas edilib, 11 nəfər isə xəsarət alıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter" səhifəsində bildirib ki, xəsarət alanlardan 6-sı İstanbulda, 5-i isə Bartındakı xəstəxanalarda müalicəsini davam etdirir.

Xatırladaq ki, kömür mədənində partlayış ötən gün axşam saatlarında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti