...

Türkiyə parlamenti Livandakı hərbi missiyada iştirak mandatını uzadıb

Dünya xəbərləri Materials 19 Oktyabr 2022 03:49 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə hərbçilərinin BMT Müvəqqəti Qüvvələrinin Livandakı missiyasında iştirak mandatını bir il müddətinə uzadıb.

Trend-in məlumatına görə, bundan əvvəl ölkənin ali qanunverici orqanının rəhbərliyinə prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı müvafiq qanun layihəsi təqdim edilib.

Sənədə əsasən, Türkiyə hərbçilərinin Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrində (UNIFIL) qalma müddəti 2023-cü il oktyabrın 31-dək uzadılacaq.

Qanun layihəsində qeyd olunub ki, Türkiyənin UNIFIL-də iştirakı həm BMT sistemində, həm regional, həm də qlobal miqyasda, həm də geniş mülki-hərbi əməkdaşlıq fəaliyyətləri vasitəsilə sülh və sabitliyin qorunması siyasətinə sadiqliyindən irəli gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti