...

Britaniyanın yeni baş nazirinin açıqlanacağı tarix elan olunub

Dünya xəbərləri Materials 20 Oktyabr 2022 17:50 (UTC +04:00)
Britaniyanın yeni baş nazirinin açıqlanacağı tarix elan olunub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın yeni baş nazirinin seçkiləri oktyabrın 28-dək başa çata bilər.

Trend-in məlumatına görə, bunu bu gün hakim Mühafizəkarlar partiyasının komitə rəhbəri Qrem Breydi deyib.

O bildirib ki, yeni baş nazir oktyabrın 31-dək elan oluna bilər.

Qeyd edək ki, baş nazir Liz Trass bu gün istefa verdiyini açıqlayıb. Yeni baş nazir seçilənədək L.Trass səlahiyyətlərinin icrasına davam edəcək.

Növbəti həftə ərzində Mühafizəkarlar partiyasının millət vəkilləri partiyanın yeni liderini və baş naziri seçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti