Bakı. Trend:
Gürcüstan Müdafiə Nazirliyi kibertəhlükəsizlik komandanlığı təsis etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə bu gün nazirliyin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, yeni komandanlıq Gürcüstan Silahlı Qüvvələrinin strukturuna daxil olacaq.
Hazırda Gürcüstanda Müdafiə Nazirliyinin tərkibində kibertəhlükəsizlik bürosu fəaliyyət göstərir. Bu qurum 2014-cü ilin fevralında yaradılıb.