...

ABŞ dövlət katibi və Çin XİN rəhbəri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 31 Oktyabr 2022 06:35 (UTC +04:00)
ABŞ dövlət katibi və Çin XİN rəhbəri arasında telefon danışığı olub

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Vang Yi arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ Dövlət Departamentinin mətbaut xidmətindən məlumat verilib.

"Dövlət katibi açıq kommunikasiya xətlərinin saxlanması və ABŞ ilə Çin arasında münasibətlərin məsuliyyətlə qurulmasının zəruriliyini müzakirə edib", - deyə mətbuat xidmətindən bildirilib.

Həmçinin qeyd edilib ki, E.Blinken Ukraynadakı vəziyyətə də toxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti