...

Nyu-Yorkda hündürmərtəbəli binada yanğın olub, çox sayda xəsarət alan var

Dünya xəbərləri Materials 6 Noyabr 2022 01:52 (UTC +04:00)
Nyu-Yorkda hündürmərtəbəli binada yanğın olub, çox sayda xəsarət alan var

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində yerləşən hündürmərtəbəli binalardan birinin 20-ci mərtəbəsində yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə şənbə günü "The New York Times" qəzeti məlumat yayıb.

Məlumata əsasən, Manhetten rayonunun mərkəzində baş verən yanğın nəticəsində binanın 38 sakini xəsarət alıb.

Bildirilir ki, yanğına səbəb elektrikli velosipedin batareyasının alışması olub.

Qeyd edilir ki, xəsarət alanlardan 2-nin vəziyyəti çox ağır, 5-nin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti